Accessibility links

Pakistanın devrilmiş Baş naziri İmran Xan seçkilərdə qalib gəlib


Pakistanın devrilmiş Baş naziri İmran Xanın əsas seçkilərdə qələbə əldə etməsi onun müxalifət partiyalarını gücləndirərək, çətin vəziyyətə düşən koalisiya hökumətini ölkədə növbədənkənar ümummilli seçkilər elan etməyə çağırır.

İmran Xan bazar günü keçirilən səsvermədə parlamentin Aşağı Palatası olan Milli Assambleyada səkkiz yerdən yeddisinə namizəd olub və bunu özünün populyarlığına dair "referendum" adlandırıb.

Altı yeri 70 yaşlı siyasətçi, digər iki yeri isə hazırkı Baş nazir Şehbaz Şərif hökumətində əsas koalisiya tərəfdaşı olan Pakistan Xalq Partiyası alıb.

Namizədlər Pakistanda namizədliyini bir neçə yerdə irəli sürə və birdən çox yerdə qalib gələrsə, hansı yeri təslim edəcəklərini özləri seçə bilər.

Bu qələbə Xan və onun Pakistan Təhrik-i-İnsaf Partiyasının (PTI) təxminən 220 milyon əhalisi olan Cənubi Asiya ölkəsində ən populyar siyasi qüvvə olaraq qaldığını göstərib.

Keçmiş kriketçi və populist siyasətçi hakimiyyətdən aprel ayında Şərifin rəhbərlik etdiyi müxalifət alyansı tərəfindən parlamentdə keçirilən etimadsızlıq səsverməsi ilə uzaqlaşdırılıb. Xan ölkə iqtisadiyyatını və xarici siyasətini düzgün idarə etməməkdə günahlandırılıb. O, bu ittihamları rədd edib.

Vəzifədən kənarlaşdırıldıqdan sonra Xan növbədənkənar ümummilli seçkilərin keçirilməsinə nail olmaq üçün on minlərlə tərəfdaşının iştirak etdiyi hökumət əleyhinə onlarla mitinqlərdə çıxış edərək, Şərif hökumətini Pakistanı siyasi və iqtisadi qarışıqlığa sürükləməkdə ittiham edib.

Təhrik-i-İnsaf Partiyası artıq bir sıra ara seçkilərdə qələbə qazanıb və iyul ayında ölkənin ən sıx əhalisi olan Pəncab vilayətində hakimiyyətini bərpa edib. Xanın partiyasının qanunvericiləri aprel ayında Təhrik-i-İnsaf Partiyasının hökumətdən getməsinə etiraz olaraq parlamentdən istefa vermişdilər. Həmin yerlərə seçkilər mərhələli şəkildə keçirilir.

Bununla belə, Pakistanın devrilmiş lideri iddia edib ki, bu əlavə seçkilərə qatılmağın məqsədi onun partiyasını parlamentə qaytarmaq deyil, hazırkı hökumətə ictimai dəstək və etimadın olmadığını göstərməkdir.

"Mən dəfələrlə demişəm ki, bu, sadə seçki deyil, bu, referendumdur" - deyə, Xan bazar ertəsi böyük qələbədən sonra İslamabadda jurnalistlərə bildirib.

"Nəticələr millətin yeni seçkilər istədiyini və bu xaricdən gətirilən hökumətin xaricdən olan sui-qəsdin nəticəsi olaraq qəbul etmədiyini göstərir", müxalifət lideri deyib .

Xan heç bir sübut gətirmədən iddia edib ki, ona qarşı etimadsızlıq səsverməsi ABŞ, Şərif və Pakistan hərbçiləri ilə əlbir təşkil edilib. Həm Vaşinqton, həm də İslamabad bu ittihamı rədd edir.

Müxalifət lideri xəbərdarlıq edib ki, onun partiyası hökuməti növbədənkənar seçkilərin nəticəsini dərhal elan etməyə sövq etmək üçün İslamabada yürüş keçirməyi planlaşdırır.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG