Accessibility links

Pakistan İrandakı "terrorist sığınacaqlarına" cavab zərbələri endirib


Pakistan cümə axşamı bildirib ki, Tehran Pakistan torpaqlarında sığınanların "iranlı terrorçular" olduğunu deyərək, bombaladıqdan iki gün sonra ordusu qonşu İrandakı "terrorçuların sığınacaqlarına" zərbələr endirib.

Pakistan Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, onun "yüksək koordinasiyalı və xüsusi dəqiqliklə hədəflənmiş", "Terrorçuya ölüm" kodu altındakı zərbələri Sistan-Bəlucistan vilayalətində "çox sayda terrorçunu öldürüb.

"Pakistan İran İslam Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini və milli maraqlarını müdafiə etməsidir ki, bu da hər şeydən üstündür və heç bir güzəştə gedilə bilməz," nazirlik bildirib.

Adının açıqlanmasını istəməyən bir təhlükəsizlik rəsmisi Amerikanın Səsinə qırıcı təyyarələrin bombardmanı İranın hava məkanına girmədən həyata keçirdiyini və ABŞ-ın "xüsusi olaraq təyin etdiyi qlobal terrorçu" siyahısında yer alan "Bəlucistan Azadlıq Ordusu"nun düşərgələrini hədəf aldığını deyib.

İranın dövlət mediası təhlükəsizlik rəsmilərinə istinadən bildirib ki, Pakistanın cənub-şərq sərhədində yerləşən Saravan şəhərinə endirdiyi zərbələr nəticəsində azı 9 "qeyri-İran vətəndaşı" həlak olub. Ölənlər arasında 4 uşaq və 3 qadının olduğu bildirilib.

Pakistan cavab əməliyyatını İran hakimiyyətinin çərşənbə axşamı "raket və dron zərbələri" ilə Pakistanın sərhədindəki Bəlucistan vilayətindəki anti-İran militant qruplaşması "Ceyş Əl-Ədl" və ya "Ədalət Ordusu"nun bazalarını məhv etdiyini deməsindən sonra keçirib.

İslamabad iki uşaq və bir neçə mülki şəxsin öldürdüyünü bildirərək, İranın hücumunu pisləyib və buna uyğun cavab verəcəyini bildirib.

Forum

XS
SM
MD
LG