Accessibility links

Pakistan hökuməti iğtişaşlara son qoymaq üçün Kəraçıyə əlavə polis göndərib


Pakistan hökuməti iğtişaşlara son qoymaq üçün Kəraçıyə əlavə polis göndərib
Pakistan hökuməti iğtişaşlara son qoymaq üçün Kəraçıyə əlavə polis göndərib

Pakistan hökuməti bu həftə 35 nəfərin ölümünə səbəb olmuş zorakılıqlara son qoymaq üçün liman şəhəri Kəraçiyə əlavə polis və yarı-hərbi qoşunlar göndərib. Rəsmilər polisin şəhərin qaynar hissəsinə reyd zamanı bir neçə şübhəli şəxsi həbs etdiklərini deyirlər. Kəraçı Pakistanın aparıcı siyasi partiyası ilə əlaqədə olduğu ehtimal edilən silahlı qruplar tərəfindən uzun müddət etnik, təriqətçi və siyasi zorakılıqlara səhnə olub. Rəsmilər yalnız ötən ay şəhərdə zorakılıqlar nəticəsində 200 nəfərin həlak olduğunu deyib.

XS
SM
MD
LG