Accessibility links

Pakistanın həbsdə olan sabiq baş naziri Xanın sadiq tərəfdarları mühabisəli seçkilərdə öndə gedir


Pakistan Təhrik-e-İnsaf və digər partiyaların tərəfdarları geri ümumilli seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz edir. Polis işçləri isə keşik çəkir.9 fevral, 2024. Kvetta, Pakistan.
Pakistan Təhrik-e-İnsaf və digər partiyaların tərəfdarları geri ümumilli seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz edir. Polis işçləri isə keşik çəkir.9 fevral, 2024. Kvetta, Pakistan.

Cümə günü Pakistanda keçirilən seçkilərin rəsmi nəticələri müxalifətdəki PTI partiyasına bağlı namizədlərin parlamentdə ən çox yerləri qazandıqlarını göstərib. Bu, ordunun dəstəklədiyi hökumətin nəticələri manipulyasiya etməyə çalışdığına dair iddialar fonunda baş verir.

Cümə gecə Pakistan Seçki Komissiyası Milli Assambleyada 266 yerin 217 ilə bağlı nəticələri açıqlayıb. Həmin nəticələrdə həbsdə olan sabiq baş nazir İmran Xanın Pakistan Təhrik-i-İnsaf partiyası tərəfindən dəstəklənən bir qrup müstəqil namizədin, seçkidən öncə dövlət təzyiqinə məruz qalmalarına baxmayaraq, 88 yer qazandığı bildirilir ki, bu, bütün digər partiyalardan daha yüksək bir nəticədir.

Üç dəfə keçmiş baş nazir olan Nəvaz Şərifin rəhbərlik etdiyi "Pakistan Müsəlman Liqası" və ya PML-in namizədləri isə 61 yer qazanıb. Şərif güclü ordunun sevimlisi hesab olunur.

Bilaval Bhutto Zardarinin başçılıq etdiyi "Pakistan Xalq Partiyası" 50 yerlə geridə qalıb. Daha kiçik regional partiyalar qalan yerləri paylaşıb.

Nəticələr qeyri-adi uzun gecikmədən və nəticələrin ordunun dəstəklədiyi partiyaların xeyrinə manipulyasiya edildiyinə dair iddialarından sonra açıqlanmaya başlayıb.

Səsvermə cümə axşamı mobil telefon və internet xidmətlərinin ölkə boyu dayandırılması və ara-sıra baş verən zorakılıqlar fonunda baş tutub və bu, onsuz da mübahisəli seçkilərin etibarlılığına dair şübhələri artırıb.

"Pakistan Təhrik-i-İnsaf"ın sədri vəzifəsini icra edən Göhər Xan əvvəllər Twitter kimi tanınan X-də partiyasının 150-dən çox mandatla lider olduğunu, lakin "nəticələri dəyişdirmək üçün cəhdlər edildiyini" iddia edib.

Bu arada isə Navaz Şərif Lahorda partiya işçiləri ilə danışaraq, onun PML-N partiyasının ölkədə "ən böyük partiya kimi qazandığını" və İslamabadda koalisiya hökuməti quracağını deyib. O, Pakistanı hazırda üzləşdiyi çətinliklərdən çıxarmaq üçün bütün siyasi partiyaların bir araya gələrək hökumət qurmasını təklif edib.

Hesablamalarla bağlı mübahisələr

Pakistan media orqanlarının gecə elan qeyri-rəsmi məlumatlarına görə, yerli seçki dairələrinin hesablamalarına əsasən "Pakistan Təhrik-i-İnsaf"ın dəstəklədiyi namizədlər ölkə miqyasındakı yarışlarda öndə gedirdi. Bəzi hallarda onlar 30-50 min səslə öndə olub. Bununla belə, cümə günü sübh saatlarındaaçıqlanan ilkin rəsmi nəticələrə görə, onlar ya geridə qalır, ya da yarışı kiçik fərqlə uduzurdu.

​Nəticələrin dəyişməsi PTI-nin iddiasına görə, manipulyasiya edilmiş nəticələrin elan edilməsində gecikmə ilə əlaqələndirilib.

Bu arada, şimal-qərbdəki Şanqla şəhərində saxtakarlığa etiraz edən polislə qəzəbli PTI tərəfdarları arasında toqquşma nəticəsində bir etirazçı həlak olub, bir neçə nəfər yaralanıb.

Seçki komissiyası nəticələrin hesablanmasındalı gecikmini "internetlə olan problem" ilə əlaqələndirib, Daxili İşlər Nazirliyi isə seçki günü mobil telefon və internet xidmətlərinin kəsilməsini səsvermədə "qüsursuz təhlükəsizliyin təmin edilməsi üçün görülən qabaqlayıcı tədbirlərin nəticəsi" kimi müdafiə edib.

Xidmətlər cümə günü səhər bərpa edilib.

Forum

XS
SM
MD
LG