Accessibility links

Kəraçidə şiə müsəlmanların tədbirində naməlum silahlı şəxslər atəş açıb


Pakistanın Kəraçi şəhərində şiə müsəlmanlarının toplaşdığı tədbirdə naməlum silahlı şəxslərin açdığı atəş nəticəsində beş adam ölüb, bir neçə adam yaralanıb.

Pakistanın ən böyük şəhərində həyata keçirilən bu hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Hücum Pakistanın Kvetta şəhərində bir neçə güclü silahlanmış intiharçının polis təlim mərkəzinə hücumundan bir neçə gün sonra həyata keçirilib.

İŞİD-in məsuliyyətinin üzərinə götürdüyü hücum zamanı 62 nəfər həlak olub, 120-dən çox insan yaralanıb.

Hücum bazar ertəsi gecə yarısından sonra baş verib. Hücumçular kompleksə daxil olaraq atəş açmağa başlayıb. İçəridə olan bəzi polis işçiləri və başqaları pəncərələrdən atılaraq xilas olub.

Pakistan əsgərləri və kommandos qüvvələrinin binanı mühasirəyə alıb hücumçulara müqavimət göstərmək üçün binaya daxil olmasından əvvəl hücumçular bir neçə nəfəri girov götürüb.

Polis mərkəzinin hücumçulardan təmizlənməsi əməliyyatı bir neçə saat davam edib. Vilayət rəsmiləri bildirib ki, hücumçulardan ikisi özlərini partladıb. Biri isə təhlükəsizlik qüvvələri ilə atışma zamanı güllələnərək öldürülüb.

Pakistan vilayəti və əsasən də Kvetta şəhəri ötən günlərdə intiharçı hücumlarına səhnə olub. Avqust ayında şəhər xəstəxanası qarşısında intiharçının törətdiyi partlayış 70-dən çox insanın ölümünə səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG