Accessibility links

İmran Xan 3000 tərəfdarının polis nəzarətində olduğunu deyir


Pakistanın keçmiş baş naziri İmran Xan hökuməti son həftələr sosial media operatorları da olmaqla, onun minlərlə partiya üzvünü həbs etməkdə ittiham edib.

Xan şənbə günü axşam televiziya ilə çıxışında saxlanılanların bir çoxunun harada olduğunun bilinmədiyini, bu yaxınlarda həbsdən azad edilən bir neçə nəfərin isə işgəncələrə məruz qalmasından şikayətləndiyini bildirib.

Vaxtilə kriket ulduzu olan baş nazir hakimiyyətdən keçən ilin aprel ayında parlamentdə onun "Pakistan Təhriki-İnsaf" partiyasının təxminən dörd il davam edən koalisiya hökumətinin devirilməsinə gətirib çıxaran etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Xanı yeni çoxpartiyalı birlik hökumətinin baş naziri vəzifəsində rəqibi Şehbaz Şərif əvəz edib.

İmran Xan çıxışında Şərif administrasiyasının o vaxtdan bəri ölkənin əsas xəbər kanallarında müxalifətin yayımını blokladıqdan sonra söz azadlığını boğaraq, "Pakistan Təhriki-İnsaf" tərəfdarlarına və sosial media operatorlarına qarşı repressiyaylara başladığını iddia edib.

"Hazırda partiyamızın 3100 işçisi və sosial media komandamızın üzvləri əsasən Pəncab və Xayber Paxtunxva vilayətlərinin, eləcə də paytaxt İslamabadın həbsxanalardadır" 70 yaşlı müxalifət lideri deyib.

"Polis hər gün tərəfdarlarımızın evlərinə basqın edir, onları qeyri-qanuni olaraq aparır və insanlar arasında qorxu yaradır. Bu qədər siyasətçini oğurlayıb onların fundamental hüquqlarını pozaraq, həbsxanalara salmaq dünyanın heç bir yerində mümkün deyil” Xan bildirib.

Polis "Pakistan Təhriki-İnsaf"ın yüzlərlə üzvünün son zamanlar təhlükəsizlik qüvvələri ilə Xan tərəfdarları arasında baş verən toqquşmalarda iddia edilən roluna görə həbs edildiyini təsdiqləyib.

XS
SM
MD
LG