Accessibility links

Pakistanda COVID-19-a azı 799 nəfər yoluxub


Pakistan hökuməti Pakistanın cənubunda koronavirusa yoluxma halının azı 799-a çatdığı üçün iki həftə bağlanma tətbiq edildikdən sonra bazar ertəsi Kəraçi küçələrində patrul xidmətinə başlayıb.

Səhiyyə rəsmiləri Pakistanda COVID-19-dan 6 nəfərin öldüyünü bildirib.

Cənubi Sind vilayətinin baş naziri Murad Əli Şah küçələrdə hərəkətə qadağa tədbirinin insanların həyatını xilas etmək məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, yalnız zəruri xidmətlər təklif edən müəssisələrin fəaliyyət göstərməsinə icazə veriləcək. Bəzi restoranlara yemək sifarişləri qəbul etməsi icazə verilib.

Hələ ümummilli bağlantıya qərar vermədiyini deyən baş nazir İmran Xan insanları evlərində könüllü olaraq qalmağa çağırıb.

Pakistan artıq hərbi paradı təxirə salıb və ölkə prezidenti Arif Əlvi və İmran Xan insanlardan koronavirusla mübarizədə birlik nümayiş etdirmələrini istəyib.

XS
SM
MD
LG