Beynəlxalq insan haqları qrupunun bildirdiyinə görə, Pakistanın şərqi Lahor şəhərinin üzərini alan dumanın havanın keyfiyyətini pozduğuna görə on milərlə insan tənəffüs xəstəliyi riski qarşısındadır.
Amnesty International həftə sonu 10 milyondan çox sakini olan Lahor şəhərini bürüyən duman səbəbilə "təcili tədbirlərin" görülməsinə çağırıb.
Amnesty bildirib ki, Pakistan rəsmilərinin tüstünün qarşının alınması üçün lazımı addımlar atmaması insan haqları ilə bağlı ciddi narahatlıqlar doğurur.
"Təhlükəli hava şəraiti insanların sağlamlıq haqlarını risk altına qoyur. Məsələ o qədər ciddidir ki, biz dünya boyu üzvlərimizi Pakistan hökumətindən böhranın əhəmiyyətini azaltmağa son qoymağını və insanların sağlamlıqları və həyatlarını qorumaq üçün təcili tədbirlər görməsini tələb etməyə çağırırıq" - deyə, Amnesty International-ın Cənubi Asiya Kampaniyasından Rimmel Mohidin bildirib.
Mohidin ABŞ-ın Lahordakı Konsulluğu və Pakistan Hava Keyfiyyəti Təşəbbüsü təşkilatı tərəfindən quraşdırılmış monitorların noyabr ayının əvvəlindən başlayaraq havanın keyfiyyətini orada hər iki gündən bir ''təhlükəli'' olaraq təsnif etdiyini deyib.