Accessibility links

Pakistan lideri: Hindistanın Kəşmirdəki hərəkətləri ekstremizmi alovlandıracaq


"Hindistanın Kəşmirindəki etirazlar və fikir ayrılıqlarına təzyiqləri dünya müsəlmanlarının çoxunu ekstremizmə sürükləyəcək." Bunu Pakistanın Baş Naziri İmran Xan cümə günü Pakistanın nəzarətindəki Kəmirdə etdiyi çıxışı zamanı deyib.

Hindistan avqustun 5-də Kəşmir bölgəsində Cammu və Kəşmir kimi tanınan ərazilərin xüsusi statusunu ləğv edib.

Bundan sonra hökumət rabitə sistemini kəsib və hərəkətə məhduduyyətlər qoyub.

Həmin gündən bəri Hindistanın Kəşmir vilayətində 4 minə yaxın adam həbs edilib.

Hindistana demək istəyirəm ki, minlərlə insanı həbs etməklə insanları ekstremizmə sövq edirsən.

Pakistan Kəşmirinin paytaxtı Müzəffərabadda minlərlə insanın toplaşdığı mitinqdə çıxış edən İmran Xan Hindistanın siyasətini sərt tənqid edib.

"Vəhşiliklər son həddə çatanda insanlar belə təhqiramiz həyatdansa ölümü üstün tutur," o deyib. "Hindistana demək istəyirəm ki, minlərlə insanı həbs etməklə insanları ekstremizmə sövq edirsən."

Hindistan polisi maşınları küçədə yoxlayır. Srinaqar, Hindistan. 23 avqust, 2019.
Hindistan polisi maşınları küçədə yoxlayır. Srinaqar, Hindistan. 23 avqust, 2019.

"İnsanlar Hindistana qarşı çıxacaq və bunlar yalnız Hindistan müsəlmanları olmayacaq. Dünyada 1,25 milyard müsəlman var. Onların hamısı bunu görür,” İmran Xan əlavə edib.

İmran Xan kəşmirlilərin hüququnu müdafiə etmək üçün gələn həftə Nyu Yorkda BMT-nin Baş Assambleyasında iştirak edəcəyini bildirib.

XS
SM
MD
LG