Accessibility links

Bu gün Pakistanda Malala günü keçirilir


Bu gün Pakistanda Malala günü keçirilir. BMT-nin təsis etdiyi bu gün tələbələr və insan hüquqları müdafiəçiləri Taliban tərəfindən güllə ilə ciddi şəkildə yaralanan 15 yaşlı Malala Yusafzayı şərəfləndirib.

Malala qızların oxumasını təbliğ etdiyi və Talibanın zorakılıqlarını sənədləşdirdiyi üçün cəzalandırılıb.

Onun Svat vadisindəki vətəni Minqorada yüzlərlə insan onun sağlığına dua edib, Malalanın missiyasını davam etdirəcəklərinə vəd verib. Dəstək aksiyaları Kəraçi və digər şəhərlərdə də təşkil edilib.

Beynəlxalq ictimaiyyət tərəfindən əməllərinə görə tanınan bu qız başı və boynundan yaralanmışdı. Hazırda o, Britaniyada müalicəsini davam etdirir.

Britaniyanın sabiq baş naziri Qordon Braun milyonlarla insanın imzası ilə dəstək sənədini Pakistan hökumətinə təqdim edib. BMT-də qlobal təhsil üzrə nümayəndə Braun Malala fondunun təsis edildiyini bildirib.
XS
SM
MD
LG