Accessibility links

Pakistanda məsciddə güclü partlayış olub

Pakistan rəsmilərinin verdiyi məlumata görə, insanla dolu məsciddə bomba partlayışı nəticəsində 25 nəfər olub, 30 nəfər isə yaralanıb.

Bomba Əfqanıstanla sərhəd Mohmand qəsəbəsində baş verib.

Pakistan Talibanından ayrılmış fraksiyanın sözçüsü Amerikanın Səsi ilə əlaqə saxlayaraq hücuma məsuliyyəti öz üzərilərinə götürüb. Camaatul Ahrar fraksiyası bildirib ki, hücum məscidi hədəf alıb. Buna səbəb kimi fraksiya məsciddəki ibadətçilər arasında hökumət tərəfdarı yarı-hərbi Sülh Komitəsinin üzvlərinin olmasını göstərib.

Ötən ay Birləşmiş Ştatlar Camaatul Ahrarı beynəlxalq terrorçu təşkilat elan edib. Müəli vətəndaşlar, dini azlıqlar, hərbi personal və hüquq-mühafizəçilərinə qarşı hücumlar həyata keçirən qrup həm də bu ilin mart ayında Peşəvər şəhərindəki ABŞ Konsulluğunun iki pakistanlı əməkdaşının öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Pakistan rəsmiləri terrorçu qrupun Əfqanıstanla sərhəddə fəaliyyət göstərdiyini bildirir. Rəsmilər habelə təşkilatı qonşu ölkənin kəşfiyyat agentliyindən dəstək aldığını da vurğulayır. Rəsmi Kabil isə bu ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG