Accessibility links

Pakistan məscidində partlayış zamanı azı 47 nəfər ölüb


Bazar ertəsi Pakistanın şimal-qərbindəki ibadətçi ilə dolu məsciddə baş verən güclü partlayış azı 47 nəfərin ölümünə, 140-dan çox insanın yaralanmasına səbəb olub.

Xeyber-Paxtunxva vilayətinin paytaxtı Peşəvərin mərkəzində günortadan sonra baş verən hücumun intiharçı tərəfindən törədildiyi bildirilib.

Yüksək səviyyəli təhlükəsizlik rəsmisi, komissar müavini Şəfiulla Xan ölənlərin sayını təsdiqləyib və sayın arta biləcəyini bəyan edib.

"Mən burada partlayışın baş verdiyi yerdəyəm və xilasetmə əməliyyatına nəzarət edirəm. Dağıntılar təmizlənir və biz dağıntılar altından sağ qalan iki nəfəri indi çıxardıq" - deyə, Şəfiulla Xan Pakistan dövlət televiziyasına bildirib.

Şəhər xəstəxanasının rəsmiləri onlarla yaralının gətirildiyini təsdiqləyib və onlardan bir neçəsinin vəziyyətinin "kritik" olduğunu deyib.

Qurbanlar əsasən vilayət polisinin əməkdaşları olub.

Sağ qalanlar və xilasedicilərin bildirdiklərinə görə, partlayış çox güclü olduğu üçün binanın damı uçub.

Polis rəsmiləri istintaqın aparıldığını bildirərək, hücumun xarakteri barədə məlumat verməyib.

Pakistanın paytaxtı İslamabadda rəsmi açıqlama verən baş nazir Şahbaz Şərif "Peşəvər məscidindəki intiharçı hücumu pisləyib".

Pakistan müxalifətinin lideri, keçmiş baş nazir İmran Xan da Twitter hesabında partlayışı pisləyib və bunu "terrorçu intihar hücumu" adlandırıb.

İmran Xan "Biz kəşfiyyat məlumatlarımızı təkmilləşdirməli və artan terror təhlükəsi ilə mübarizə aparmaq üçün polis qüvvələrimizi lazımi şəkildə təchiz etməliyik" yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG