Accessibility links

Pakistanın baş naziri Pərviz Müşərrəfi vətənə xəyanətdə günahlandırır


Pakistanın baş naziri Nəvaz Şərif deyib ki, on il əvvəl hakimiyyəti onun əlindən alan hərbi hakimiyyətin rəhbəri vətənə xəyanət ittihamı ilə məsuliyyətə cəlb edilməlidir.

Cənab Şərif istefada olan hərbi general və sabiq prezident Pərviz Müşərrəf haqda fikirlərini Pakistan parlamentində bəyan edib. O, Müşərrəfi hakimiyyətdə olan zaman konstitusiyaya xəyanət etməkdə təqsirləndirib.

Pərviz Müşərrəf dörd il ölkədən xaricdə qadıqdan sonra mart ayında Pakistana dönüb. O, geri döndükdən bəri ev dustaqlığına məhkum edilib.

Sabiq prezident yalnız federal hökumətin ona qarşı ittiham irəli sürdüyü təqdirdə xəyanətdə təqsirli hesab edilə bilər.
XS
SM
MD
LG