Pakistan ordusu bildirir ki, militantların ölkənin şimal-qərbində və cənub-qərbində keçiridiyi hücumlar nəticəsində 10 əsgər həlak olub.
Ordu hər iki hücumun şənbə baş verdiyini bildirir. İlk hücumda Şimali Vəziristanın Gurbaz ərazisində təhlükəsizlik postu yaxınlığında hərbi patrul hədəf alınıb.
Ordu həmçinin atışmanın Əfqanıstan sərhədindən aparıldığını və altı əsgərin ölümü ilə nəticələndiyini bildirir.
Axtarış əməliyyatı zamanı baş verən ikinci hücumda cənub-qərbdə yerləşən Baluçistan vilayətinda Turbat yaxınlığında Sərhəd Korpusunun dörd qoşunu öldürülüb.
Pakistanlı Taliban Şimali Vəziristan hücumunun məsuliyyətini üzərinə alıb. Regionda hələ də hücumlar baş verir, lakin ordu qəbilə ərazilərini militantlardan təmizlədiyini bildirir.
Baluçistan hücumunun məsuliyyətini üzərinə alan olmayıb. Vilayətdə baluç separatçılar qiymalar baş verir. İslamçı militantlar da orada fəaliyyət göstərir.