Accessibility links

Pakistanda yüksək rütbəli polis zabiti pusquya salınıb


Pakistanın şimal-qərb bölgəsində silahlı şəxslər yüksək rütbəli polis işçisini pusquya salaraq ona hücum edib. Hücum zamanı polis komandiri yaralanıb, onun cangüdəni və sürücüsü isə öldürülüb.

Rəsmilər Ehtiyat Sərhəd Polis Dəstəsi komandirinin müavini Gül Vəli Xanın bu gün Peşəvərdə işə gedərkən vurulduğunu və vəziyyətinin ağır olduğunu bildirib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Peşəvər Pakistanın Taliban və Əl-Qaidə yaraqlılarının məskunlaşdığı, qəbilələrin yaşadığı yarı-muxtar regionu ilə sərhəddə yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG