Accessibility links

Pakistanın sabiq prezidenti ev dustaqlığına məhkum edilib


Pərviz Müşərrəf Benazir Bhuttonun qətli ilə bağlı həbs edilib

Terrorizmə qarşı məhkəmə Pakistanın sabiq baş naziri Benazir Bhuttonun ölümü ilə bağlı cinayət işinə görə Pərviz Müşərrəfi aprelin 30-a qədər ev dustaqlığına məhkum edib.

Ravalpindi məhkəməsi sabiq prezidentin cümə günü həbs olunmasına qərar verib. Cənab Müşərrəf məhkəməyə gətirilərkən güclü təhlükəsizlik tədbirləri alınıb.

O, sabiq baş nazir Benazir Bhuttoya qarşı törədilən cinayətin qarşısını almamaqda günahlandırılır. Pərviz Müşərrəf onun Bhuttonun ölümündə əli olduğuna dair iddiaları rədd edir. Bu cinayət işinə görə hələlik heç kim həbs edilməyib.

Cənab Müşərrəf İslamabad yaxınlığındakı evində ev dustaqlığına məhkum olunub. O, 2007-ci ildə hakimiyyətdə olarkən bir neçə baş hakimləri vəzifəsindən azad etdiyi üçün ona qarşı məhkəmə işi açılıb.

Pakistana keçən ay qayıdan Müşərrəf dörd il ölkə xaricində yaşayırdı və Pakistana gələn ay keçiriləcək parlament seçkilərində iştirak etmək üçün qayıdıb. Məhkəmə onun seçkilərə qatıla bilməyəcəyinə dair qərar çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG