Accessibility links

Pakistan prezidenti Asif Əli Zərdari xaricə səfərdən geri qayıdıb


BMT sel qurbanlarına kömək məqsədi ilə 100 milyonlarla dollar beynəlxalq yardım hazırladığını bildirib

Pakistan prezidenti Asif Əli Zərdari xaricə səfərdən geri qayıdıb. O, milyonlarla pakistanlının ölkənin ən dəhşətli daşqını ilə mübarizə apardığı bir vaxtda xaricə səfər etdiyinə görə sərt tənqidlərə məruz qalmışdır. Cənab Zərdabi bu gün Suriyadan Kəraçi şəhərinə gəlmişdir. O, Britaniya və Fransaya etdiyi səfərinin sonunda, dünən Suriyada prezident Bəşər əl-Əsədlə görüşüb. Cənab Zərdarinin səlahiyyətləri aprel ayında parlament tərəfindən məhdudlaşdırılıb. BMT Pakistanda 13.8 milyon insanın daşqına məruz qaldığını bildirib. BMT sel qurbanlarına kömək məqsədi ilə 100 milyonlarla dollar beynəlxalq yardım hazırladığını bildirib.

XS
SM
MD
LG