Accessibility links

Pakistan prezidentinə qarşı korrupsiya iddiası yenidən qaldırıla bilər


Pakistan prezidentinə qarşı korrupsiya iddiası yenidən qaldırıla bilər

İşin yenidən qaldırılması cənab Zərdari və ədliyyə rəsmiləri arasında artan gərginliyi sürətləndirir ki, bu da analitiklərin fikrincə Pakistanda stabilliyi poza bilər

Pakistanın ali anti-korrupsiya agentliyi deyir ki, agentlik İsveçrə rəsmilərindən prezident Asif Əli Zərdariyə qarşı korrupsiya işini yenidən açmağı xahiş edəcək. Pakistan Milli Cavabdehlik Bürosunun vəkili Abid Zuberi Ali məhkəməyə bildirib ki, agenlik İsveçrə işinin yenidən qaldırılmasına təşəbbüslük edib. Keçən il Pakistan Ali məhkəməsi prezident Zərdari və digər 8 min korrupsiya ittihamını ləğv edən amnistiya qərarını etibarsız sayıb. İşin yenidən qaldırılması cənab Zərdari və ədliyyə rəsmiləri arasında artan gərginliyi sürətləndirir ki, bu da analitiklərin fikrincə Pakistanda stabilliyi poza bilər.

XS
SM
MD
LG