Accessibility links

Pakistanda tanınmış qadın siyasətçi qətlə yetirilib



Pakistanda aparıcı siyasi partiyalardan biri olan Təhreke İnsaf partiyasının vitse-prezidenti Zəhra Şahid Hüseyn Kəraçidə evinin qarşısında güllə ilə vurulub öldürülüb. Naməlum silahlı şəxslər tərəfindən iki dəfə başından güllə yarası almış Zəhra Hüseyn xəstəxanaya aparılarkən yolda keçinib.

Pakistanın nüfuzlu siyasətçisi, kriket üzrə keçmiş çempion İmran Xan partiyasının yüksək səviyyəli üzvünün qətlində rəqib Müttəhidə Qaumi Hərəkat partiyası MQM-ı ittiham edib. Təhreke İnsaf partiyasının sözçüsü qətli terror aktı adlandırıb. MQM partiyasının Londonda sürgündə yaşayan lideri Altaf Hüseyn qətli pisləyib.

Qətl hadisəsi Kəraçidə seçicilərin keçən həftə keçirilmiş parlament seçkilərindən sonra bu günü yenidən səs verdiyi zaman baş verib.

Keçən həftə seçkilərdə üçüncü yerdə gələn Təhreke İnsaf partiyasının vitse-prezidenti olan Zəhra Şahid Hüseyn MQM partiyasını seçki zamanı pozuntularda ittiham etmişdi. Bazar günü yenidən səsvermə bu iddialara cavab olaraq keçirilir.
XS
SM
MD
LG