Accessibility links

Pakistanda qatarda yanğın zamanı azı 74 nəfər ölüb


Pakistanın şərqindəki Pəncab vilayətinin Rəhimyar Xan şəhəri yaxınlığında qatarda baş verən yanğın zamanı azı 74 nəfər ölüb, çox sayda insan yaralanıb.

Qəza cənub Kəraçi şəhərindən Ravalpindi şəhərinə gedən qatarda baş verib.. Televiziya görüntülərində qatarın vaqonlarından alovları, səmaya qalxan qara tüstünü görmək olub. Rəsmilər qurbanların çoxunun özlərini yanğından qurtarmaq üçün sürətlə gedən qatardan atarkən öldüklərini bildirib.

Dəmir yolları naziri Şeyx Rəşid Əhməd qatarda yanğının sərnişinlərin səhər yeməyi hazırlamaq üçün iki qaz sobasından istifadə etdiyi zaman baş verdiyini bildirib. Pakistanda dəmir yollarında qaz sobalarından istifadə qadağan edilsə də, çox sayda sərnişin olan qatarlarda bundan istifadə edənlər olur.

Qatardakı yanğın zamanı azı 40 sərnişinin yaralandığı bildirilib. Sərnişinlərin çoxu "Təbliği-Cəmaət" hərəkatının təşkil etdiyi konfransa gedən müsəlmanlar olub.

Ölkənin baş naziri İmran Xan Tvitter səhifəsində faciədən kədərləndiyini bildirib, qurbanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmaları üçün dua etdiyini bildirib. İmran Xan hadisə ilə bağlı dərhal istintaqa başlanmasına göstəriş verdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG