Accessibility links

Pakistanın keçmiş baş naziri İmran Xan “böcəklərlə dolu, qaranlıq və kəskin qoxulu” kamerada saxlanır


Attok həbsxanası
Attok həbsxanası

Birləşmiş Ştatlar bazar ertəsi Pakistanın keçmiş baş naziri İmran Xanın həftə sonu həbsini Cənubi Asiya ölkəsinin "daxili məsələsi" olduğunu bildirib, Birləşmiş Millətlər Təşkilatı isə siyasətçi barəsində məhkəmə təhqiqatının gedişatında lazımi hüquqi prosedurlara riayət edilməsinə çağırıb.

Pakistanın 70 yaşlı müxalifət lideri dövlət hədiyyələrini satmaq və gəlirlərini gizlətmək ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilmə qərarından sonra şənbə günü nəzarətə götürülüb və ölkə paytaxtı İslamabadın qərbindəki Attok həbsxanasına aparılıb.

"Biz inanırıq ki, bu, Pakistanın daxili işidir və biz Pakistanda demokratik prinsiplərə, insan haqlarına və qanunun aliliyinə hörmət etməyə çağırmaqda davam edirik", ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda jurnalistlər ondan məsələyə reaksiyasını soruşduqda deyib.

Miller Xanın Vaşinqton siyasətinin tanınmış tənqidçisi olduğu üçün ABŞ-ın Pakistanın keçmiş liderinin üzləşdiyi problemlərə dünyanın başqa yerlərindəki siyasətçilərin təqibi ilə müqayisədə səssiz reaksiyası ilə bağlı iradları rədd edib.

"İnsanlar öz cavablarını xarakterizə etsinlər. Bəzən [dünyada] elə hallar olur və o qədər əsassızdır ki, Birləşmiş Ştatlar məsələ ilə bağlı nəsə deməli olduğuna inanır. Biz bu məsələdə belə bir qərar verməmişik", Miller deyib.

Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bazar ertəsi bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb.

"Quterreş dinc toplaşmaq hüququna hörmət edilməsinin zəruriliyini vurğulayıb. Baş katib hakimiyyəti keçmiş baş nazirə qarşı məhkəmə proseslərində lazımi hüquqi prosedurlara və qanunun aliliyinə hörmət etməyə çağırır" - deyə, BMT-nin sözçüsü Farhan Haq jurnalistlərə bildirib.

İmran Xan korrupsiya ittihamlarını rədd edir və bunun onun bu ilin sonunda keçiriləcək ümummilli seçkilərdə iştirakının qarşısını almaq üçün siyasi motivli olduğunu deyir. Apellyasiya məhkəməsi tərəfindən ləğv edilmədiyi təqdirdə, bu hökmlə o, beş il müddətinə milli seçkilərdə iştirak etmək hüququndan məhrum ediləcək.

Kriket ulduzundan siyasətçiyə çevrilmiş Xanın həbs qərarına dair apellyasiya şikayəti hazırlamaq üçün bazar ertəsi ilk dəfə onun vəkillərindən biri ilə həbsxanada görüşməsinə icazə verilib.

Xan həbsdə olarkən Pakistanın "Tehrek-i-Insaf" (PTI) siyasi partiyasına rəhbərlik edən Şah Mahmud Qureşi keçmiş baş nazirin "böcəklərlə dolu" dar kamerada saxlandığını və ölkənin keçmiş lideri kimi televiziya, kitab, qəzet kimi sahib olduğu imtiyazlardan məhrum edildiyini bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG