Accessibility links

Pakistanın keçmiş baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib


İmran Xan. Lahor, Pakistan. 13 avqust, 2022.
İmran Xan. Lahor, Pakistan. 13 avqust, 2022.

Pakistanda xüsusi məhkəmə çərşənbə axşamı keçmiş baş nazir İmran Xanı vəzifədə ikən ABŞ-a aid dövlət sirlərini yaymaqda ittihamları ilə 10 il həbs cəzasına məhkum edib.

​Xanın keçmiş xairic işlər naziri Şahd Mahmud Qureşiyə də daxildə “şifr” kimi tanınan diplomatik teleqramla əlaqədar məhkəmə işində 10 il həbs cəzası alıb.

Xan diplomatik teleqramda ABŞ-ın Pakistanı Amerikanın təsirindən azad xarici siyasət yürütməyə sövq etdiyinə görə onu cəzalandırmaq üçün ordunun köməyi ilə onun hökumətinin devrilməsindəki rolunu sənədləşdirdiyini iddia edib. Vaşinqton və Pakistan ordusu bu ittihamları rədd edib.

2022-ci il aprelində müxalif ittifaq tərəfindən hakimiyyətdə devrilən 71 yaşlı keçmiş baş nazir “şifr”lə əlaqədar məhkəmə işinin siyasi motivli olduğunu və ölkənin güclü ordusu tərəfindən hazırlandığını iddia edərək rədd edib.

Xanın Pakistan Təhrik-İnsaf partiyası “media və ictimaiyyətin çıxışı olmadığını” bildirdiyi məhkəmənin qərarını “tam istehza və qanuna etinasızlıq” kimi qiymətləndirib. Partiya bildirib ki, hüquqi komandası qərarla bağlı daha yüksək instansiyalı məhkəməyə şikayət verəcək və “ümidvardır ki, cəza təxirə salınacaq.”

Tək hakimdən ibarət məhkəmə İslamabad yaxınlığında həbsxanada keçirilib və xarici və əksər pakistanlı mətbuat nümayəndələrinin məhkəməd iştirakına icazə verilməyib.

Çərşənbə axşamı Rəsmi Sirrlər Qanunu altında çıxarılan hökm Pakistanda fevralın 8-nə parlament seçkilərinin təyin edildiyi bir vaxta təsadüf edir.

Telegram İslamabada Pakistanın Vaşinqtondakı səfiri tərəfindən 2022-ci ilin martında, parlament etimadsızlıq səsverməsi ilə Xanı hakimiyyətdən uzaqlaşdırandan bir ay öncə göndərilib.

Devrilən Pakistan lideri iddia edib ki, ABŞ həmin teleqramda ordunu səsverməki keçirməyə təşviq edib və o, hökumətinə qarşı xarici “konspirasiya”nı ifşa etmək üçün teleqramın məzmununu seçicilərlə paylaşmağa məcbur olub.

Xan avqust ayında mübahisəli korrupsiya ittihamları ilə mühakimə olunaraq, üç il həbsə məhkum ediləndən bəri həbsxanadadır. O, daha sonra məhkumların seçkilərdə iştirakını qadağan edən seçki qanunlarına uyğun olaraq beş il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edilib.

Əvvəllər kriket ulduzu olan siyasətçi yanlış hərəkət etdiyini inkar edir və ordunu hakimiyyətdən devriəndən bəri ona qarşı üsyandan tutmuş korrupsiyaya və terrorizmə qədər 200-dən çox saxta ittiham irəli sürməkdə ittiham edir.

Forum

XS
SM
MD
LG