Accessibility links

Pakistan üçüncü ardıcıl mülki parlamentini seçir


Pakistan seçiciləri çərşənbə günü ölkənin 300 nəfərdən ibarət Milli Assambleyasını müəyyən edəcəklər.

Pakistanın parlament seçkilərində namizəd kimi iştirak edən şəxslər bazar ertəsi seçki kampaniyalarını yekunlaşdırıblar.

Ölkənin Təhrik-e-İnsaf partiyanın lideri İmran Xan dəstəkçilərini çərşənbə günü seçki məntəqələrinə getməyə çağırıb. O müraciətdində bildirib ki, “taleyimizi dəyişdirmək zamanıdır.”

Seçicilər bu seçkilərlə üçüncü ardıcıl mülki hökumət seçəcəklər. Hüquq müdafiəçiləri, təhlilçilər və namizədlər isə seçki kampaniyasının çox çirkli keçdiyini və bəzi namizədlərin hətta zorakılıq hədəfi olduqlarını deyiblər.

XS
SM
MD
LG