Accessibility links

Pakistan silsilə hücumlardan sonra sərhəd mühafizəsini gücləndirir


Şənbə günü Pakistan ordusunun sözçüsü deyib ki, qiyamçılar cümə günü Pakistanın üç böyük şəhərində hücum həyata keçirəndən sonra ordu Əfqanıstanla sərhəddə nəzarəti gücləndirib.

General-mayor Asif Qafur deyib ki, hücumlar Əfqanıstanda üsyançıların sığınacağında planlaşdırılıb.

Bundan əlavə Pakistan ordusu Peşəvərdə gecə anti-terror reydləri keçirdiyini və nəticədə 3 terrorçunu öldürdüyünü, 12 şübhəlini isə həbs etdiyini bildirib.

Şənbə günü Pakistan rəsmiləri üç şəhərdə həyata keçirilən hücum nəticəsində ölənlərin sayının artdığını deyib.

Hücumlar Kvettada başlayıb

Cənub-qərbdə yerləşən Kuetta şəhərində başlayan hücumlarda 100 nəfər yaralanıb. Kuettadadakı hücumda 14 nəfər ölüb, 20 nəfər yaralanıb. Hücumda yüksək vəzifəli polis zabitlərinin hədəf alındığı təxmin edilir.

Kuettaya hücuma görə məsuliyyəti həm İŞİD, həm də Pakistan Talibanının qolu olan Cəmaar-ül-Əhrar üzərlərinə alıb.

Bu hücumdan bir neçə saat sonra şimal-qərbdə yerləşən Paraçinar şəhərində ard-arda iki bomba partlayıb. Hücumda Əfqanıstan sərhədi yaxınlığındakı yarı-muxtar Kurram qəbilə rayonunudakı izdihamlı bazar hədəf alınıb. Paraçinarda ölənlərin sayı 50-ə çatıb.

Rayonun parlamentdəki nümayəndəsi Səcid Turi yerli meadiaya bildirib ki, ilk öncə yüngül bomba, ardınca isə daha güclü ikinci bomba partlayıb.

Ölənlərin sayının artacağı gözlənilir

Qanunverici ölənlərin sayının artacağının gözlədiyi deyir. Xəstəxanadan verilən məluata görə, hadisə yerindən vəziyyəti kritik olan 30 yaralı gətirilib.

Partlayışın baş verdiyi ərazidə əsasən şiələr yaşayır.

Paraçinardakı hücuma görə, məsuliyyəti üzərinə götürən olmayıb.

Cümə günü axşam saatlarında isə Karaçi liman şəhərində silahlı şəxs yol kənarında yerləşən restoranda polis zabitlərinə hücum edərək, beş nəfəri öldürüb.

XS
SM
MD
LG