Accessibility links

Məhkəmə sosial mediada anti-İslam məlumatlar paylaşan pakistanlı gəncə ölüm hökmü verib


Pakistanın əks-terrorizm məhkəməsi şənbə günü sosial mediada dinə zidd fikirlər paylaşan 30 yaşlı gəncə ölüm hökmü verib. Məhkəmə prosesi ölkənin mərkəzi əyalətində yerləşən Bahavalpur şəhərinin həbsxanasında keçirilib.

Prokuror Mohammad Şafiq Kureşi bildirib ki, Teymur Rəza Facebook və WhatsApp vasitəsilə Məhəmməd peyğəmbər və digər dini liderlər haqqında “təhqiredici şəkillər və şərhlər” paylaşaraq “nifrət yaymaqla” məşğul olub. Prokuror əlavə edib ki, Rəzanın internet hesablarında 3,500-dən çox dostu və izləyicisi olub. Məhkumun qərarı apellyasiya etmək hüququ var.

Bir il öncə əks-terrorizm qüvvələri tərəfindən yaxalanan Rəza qeyri-qanuni Sipah-e-Muhammad şiyə militant qrupuna işlədiyini etiraf edib. Bu qrup Pakistanda üstünlük təşkil edən sünni militantlarla münaqişədədir. Uzun illər davam edən münaqişə ölkənin müxtəlif yerlərində minlərlə insanın ölümünə səbəb olub.

Pakistan rəsmiləri dinə zidd məlumatları paylaşan sosial media fəallarına qarşı təzyiq göstərir. Son həftələr onlarla fəalın saxlanılıb, sorğu-sual edilməsi hüquq müdafiəçiləri tərəfindən tənqidlərə səbəb olub.

Ölkənin müxalifət partiyaları bu addımı güclü hərbi institutlara sahib hakimiyyətin tənqidçilərini sakitəşdirmək məqsədi daşıdığını bildirir. Pakistan rəsmiləri bu ittihamları rədd edirlər.

Xatırladaq ki, Pakistanda Məhəmməd peyğəmbəri təhqir etmək ölüm hökmü ilə nəticələnə bilər.

Ölkənin Ali Məhkəməsi bu yaxınlarda Quranı təhqir etməsi səbəbilə ölüm hökmü almış şəxsə bəraət verib. Qərarda bildilir ki, aşağı məhkəmələrin verdiyi qərarda “məhkəmə prosesi ədalətli keçirilməyib.”

XS
SM
MD
LG