Accessibility links

Pakistanda hamilə qadın "qeyrət" səbəbindən daşqalaq edilərək öldürülüb


Ailəsinin icazəsi olmadan sevdiyi şəxsə ərə gedən bir qız hamilə durumda Pakistan məhkəməsinin qarşısında ailəsi tərəfindən daşa basılaraq, öldürülüb. 25 yaşlı Fərzanə Pərvin Məhəmməd İqbal adlı sevdiyi şəxsə bir neçə ay bundan əvvəl ailəsinin razılığı olmadan gedib.

Polisin bildirdiyinə görə, çərşənbə axşamı atası və qardaşları da olmaqla, Fərzanənin 20 nəfərə qədər qohumu Lahor şəhərinin Ali Məhkəməsinin həyətində, çox sayda insanın gözü qarşısında daş və taxtalarla ona və həyat yoldaşına hücum edib.

Vəkil Fərzanə Pərvinin atasının qızını qaçırdığı üçün onun həyat yoldaşını məhkəməyə verdiyini və məhkəməyə gələrkən onlara hücum edildiyini deyib.

Məhəmməd İqbal xanımının 3 aylıq hamilə olduğunu bildirib.

Müsəlmanların çoxluq təşkil etdiyi Pakistanda hər il yüzlərlə qadın "qeyrət" səbəbindən ərləri, ataları və ya qohumları tərəfindən öldürülür.

Nikahın ailələr arasında razılaşdırma nəticəsində baş verdiyi Pakistanda sevib ərə getmək mənəvi normaların pozulması hesab edilir.
XS
SM
MD
LG