Accessibility links

Pakistanda sufi məbədinə hücum


Pakistanın Bəlucistan vilayətində sufi məbədinə hücum edilib. İntiharçı özünü çoxsaylı insanın məbəddə olduğu vaxt partladıb.

Chal Daqsi bölgəsində həkimlər 20-dən çox insanın həlak olduğunu bildirib. Ölənlərin sayının artacağı təxmin edilir.

Polis rəisi Məhəmməd İqbal müxbirlərə bildirib ki, hücumçunun bədən hissələri ərazidən tapılıq və hazırda polis onun kimliyini müəyyənləşdirməyə çalışır.

Bəlucistanın vilayət hökumətinin sözçüsü Ənvər ül-Haq Amerikanın Səsinə bildirib ki, hücumçu məbədə daxil olmaq istəyərkən polis tərəfindən saxlanıb.

Polis rəisi Məhəmməd İqbal müxbirlərə bildirib ki, hücumçunun bədən hissələri ərazidən tapılıb və hazırda polis onun kimliyini müəyyənləşdirməyə çalışır

Hücumun məsuliyyətini üzərinə alan yoxdur.

Lakin bundan əvvəl törədilmiş bir neçə hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

Partlayış vilayətin inzibati mərkəzi Kuetta şəhərindən 400 kilometr cənub-şərqdə yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG