Accessibility links

Pakistanda Taliban hərbi komandirin öldürüldüyünü təsdiq edib


Pakistandakı Taliban qrupu çərşənbə günü ABŞ-ın pilotsuz idarə edilən təayyarəsinin hücumu zamanı ikinci nömrəli hərbi komandirin öldürüldüyü təsdiq edib.

Talibanın sözçüsü İhsan Ullah İhsan hərbi komandir Valiur Rəhmanın qrupun Pakistanın şimal-qərb bölgəsindəki Şimali Vəziristan regionunda təyyarə hücumu nəticəsində ölən altı üzvü arasında olduğunu deyib.

Müxbirlərlə naməlum yerdən telefon vasitəsilə danışan İhsan hücuma görə Pakistan hökumətinin məsuliyyət daşıdığını deyib.

ABŞ hökuməti Rəhmanın yerini bilən şəxsə 5 milyon, Pakistan isə 500 min dollar məbləğində mükafat müəyyən etmişdi.

İhsan Rəhmanın qətlinə görə qisas alınacağı ilə hədəlyib və Pakistanda Talibanın hökumətlə sülh danışıqlarına dair təklifini geri çəkdiyini deyib.

Pakistan pilotsuz təyyarələrin hücumları ilə bağlı narahatlığını ifadə edərək, bu hücumların əks-təsiri olduğunu, günahsız insanların ölümünə səbəb olduğu və ölkənin suverenliyini pozduğunu bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG