Accessibility links

Taliban Əfqanıstan seçkilərində namizədi oğurlayıb


Əfqanıstan rəsmiləri ölkənin şimal bölgəsinin vilayət seçkilərində namizədliyini irəli sürən şəxsin Taliban yaraqlıları tərəfindən oğurlandığını bildiriblər.

Sari-Pul vilayətinin qubernatoru Əbdül Cabbar Haqbin jurnalistlərə deyib ki, Hüseyin Nəzari və onun azı 6 tərəfdarı taksidə vilayətin paytaxtına gedərkən silahlı şəxslər tərəfindən oğurlanıb.

Hadisə seçicilərin şənbə günü Əfqanıstan prezidenti Həmid Karzayın xələfi və digər 34 namizədin iştirak etdiyi seçkilərdən əvvəl həyata keçirilən sonuncu zorakılıq hadisəsidir.

Əfqanıstan təhlükəsizlik qüvvələri cənab Nəzarini və digər oğurlananların axtarışına davam edir.

Bu arada, rəsmilər Kunduz vilayətində Talibana əleyhdarı yerli lider olan Məhəmməd Ömərin hədəf alışndığı yolkənarı bomba partlayışının 5 nəfərin ölümünə səbəb olduğunu bildirir. Cənab Ömərin hadisə nəticəsində xəsarət almadığı deyilir.
XS
SM
MD
LG