Accessibility links

Nəvaz Şərif Pakistanın yeni baş naziri seçildi


O, üçüncü dəfə bu vəzifəyə təyin edilir

Pakistanın Milli Məclisi Nəvaz Şərifi baş nazir seçib. Bu, 66 illik tarixə malik olan ölkədə ilk iqtidar dəyişikliyidir.

Pakistanın Müsəlman Liqası partiyasının mayın 11-də ümumi seçkilərdə qələbə əldə etməsindən sonra Şərifin seçilməsi gözlənilirdi.

O, artıq üçüncü dəfədir ki, baş nazir postuna seçilir. Cənab Şərif ilk dəfə bu vəzifəyə1990-1993 illəri təyin edilmişdi. Ancaq daha sonra korrupsiya qalmaqalına görə vəzifəsindən istefa verməyə məcbur olmuşdu. 1997-ci ildə vəzifəsinə qayıtsa da, iki il sonra hərbi çevriliş nəticəsində devrilmişdi.

Nəvaz Şərifi yeni dönəmində enerji qıtlığı, Talibanın davam edən hücumu kimi bir çox çətinliklər gözləyir.

O, Birləşmiş Ştatlarla yaxşı əlaqələrin davam etdirəcəyini bildirib. Ancaq cənab Şərif deyib ki, Vaşinqton Pakistanın Əfqanistan sərhədində militanlara qarşı istifadə edilən pilotsuz hərbi təyyarələr haqda narahatlığına ciddi yanaşmalıdır.

Pilotsuz hərbi təyyarələr Pakistanlılar arasında etirazlara səbəb olub. Onlar təyyarələrin mülki insanları da öldürdüyünü deyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG