Accessibility links

Pakistan: Sərhədin İran tərəfindən terror hücumunda 4 əsgər həlak olub


Pakistan şənbə günü sərhədin İran tərəfindən “bir qrup terrorçunun” iki ölkə arasında müntəzəm olaraq keşik çəkən hərbi patrula hücumu nəticəsində dörd əsgərinin öldüyünü bildirib.

Pakistan ordusu bəyanatında bildirib ki, ölümcül sərhədlərası reyd İranla sərhəddə yerləşən cənub-qərb Bəlucistan vilayətinin ucqar Keç rayonunda baş verib.
“İran tərəfindəki terrorçulara qarşı effektiv addımların atılması və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur,” bəyanatda əlavə təfərrüat verilmədən deyilib.

“Terroriz iki ölkənin ortaq dərdidir və iki müsəlman ölkəsi bu bəlaya qarşı mübarizədə dəyərli həyatları qurban verib,” İran səfirliyi Twitter-də bildirib.

“Şübhəsiz ki, iki ölkə arasında birgə əməkdaşlığı gücləndirmək terrorçu qrupların pis məqsədlərinə nail olmalarının qarşını alacaq,” İranın diplomatik missiyası yazıb.

Pakistanın baş naziri Şahbaz Şərif təhlükəsizlik qüvvələrinin terror hücumundakı “şəhidliyi ilə bağlı qəm və kədər”ini ifadə edib. Bu barədə onun ofisi bəyanatında bildirib.

Şənbə günü baş veərn hücumun məsuliyyətini dərhal üzərinə götürən olmayıb. Bu, bu il etnik bəluc separatçılarının Pakistanın təhlükəsizlik qüvvələrini hədəf aldığı Bəlucistanda ikinci insidentdir.

Yanvar ayının ortalarında 900 kilometrdən uzun sərhəddə patrul çəkən hərbi karvanın İran tərəfindən qiyamçı hücumuna tuş gəlməsi nəticəsində dörd pakistanlı əsgər ölüb.

Qadağan edilmiş Bəlucistan Qurtuluş Ordusu müntəzəm olaraq Pakistan təhlükəsizlik qüvvələrinə hücumlara görə məsuliyyəti üzərinə götürür. İslamabadda rəsmiləri deyir ki, qrup İranın sərhədyanı ərazilərində sığınacaqlar qurub. Tehran isə bu iddianı rədd edir.
Avstraliyada qərargahlanan İqtisadiyyat və Sülh İnstitutunun mart ayında dərc etdiyi Qlobal Terror İndeksində deyilir ki, Bəlucistan Qurtuluş Ordusu Pakistanda 2022-ci ildə terrorla əlaqədar 650-ə yaxın ölümlərin 36 faizinə görə cavabdeh olduğunu və bu səbəblə də onun "dünyada ən sürətlə böyüyən terror qrupu olduğunu" bildirib.

Pakistan, Birləşmiş Ştatlar və Britaniya Bəlucistan Qurtuluş Ordusunu terror təşkilatı hesab edir.

Bəluc üsyançılar Bəlucistanın müstəqilliyi uğrunda döyüşdüklərini və mərkəzi hökumətin regionun təbii ehtiyatlarını qəsb etdiyini və etnik Bəluc əhaliyə qarşı diskriminasiyanın olduğunu iddia edir. Pakistan rəsmiləri bu iddiaları rədd edir.

Ölkənin Əfqanıstanla təxminən 2600 kilometrlik sərhədinin əhəmiyyətli bir hissəsini bölüşən və az məskunlaşan vilayət Pekinin qlobal “Bir Kəmər və Yol” təşəbbüsü çərçivəsində Pakistanda Çin tərəfindən maliyyələşdirilən çox milyardlıq infrastrukturun inkişafı layihəsinin mərkəzindədir.

XS
SM
MD
LG