Accessibility links

Pakistan hava hücumlarına görə ABŞ diplomatına etiraz notası verib


Pakistan hava hücumlarına görə ABŞ diplomatına etiraz notası verib. Pakistanın Xarici İşlər Nazirliyi pilotsuz təyyarələrin hava zərbələrini beynəlxalq qanunlar və Pakistanın suverenliyinə zidd adlandırıb, lakin diplomatın adını açıqlamayıb.

Qeyd edək ki, keçən həftə Şimali Vəziristan vilayətində həyata keçirilən 3 hücum nəticəsində 16 yaraqlı öldürülmüşdü. Onların Əl-Qaidə və Taliban qruplaşmalarına xidmət etdiyi bildirilir.

Pakistan dəfələrlə ABŞ-ı hava hücumlarına son qoymağa çağırsa da, ABŞ rəsmiləri bunun Əl-Qaidənin məhv edilməsi üçün mühüm vasitə olduğunu deyir.

Bu gün Pakistanda yaraqlılar 3 polis işçisini öldürüb. Taliban Kotki şəhərində həyata
keçirilən hücumun məsuliyyətini üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG