Pakistan rəsmiləri cümə günü paytaxt İslamabadda avtomobillə hərəkət edən intiharçının polisin təhlükəsizlik keçid məntəqəsində özünü partlatdığını, nəticədə bir zabitin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.
Qeyri-qanuni Pakistan Talibanı (TTP) və ya "Tehrik-i-Taliban Pakistan" kimi tanınan qrup hücumu üzvlərindən birinin törətdiyini bildirərək, məsuliyyəti öz üzərinə götürüb.
İslamabad şəhər polis rəisinin müavini Soheyl Zəfər Çatta hadisə yerinin yaxınlığında jurnalistlərə "şübhəliyə avtomobili" nəzarət-buraxılış məntəqəsində saxlamaq əmri verildiyini və partlayıcı qurğunu işə salan "uzun saçlı" sərnişinin üzərində axtarış aparıldığını bildirib.
İslamabad xəstəxanasının həkimləri altı mülki vətəndaş və dörd polis də daxil olmaqla, 10 yaralının qəbul edildiyini bildirib və bəzi təhlükəsizlik işçilərinin vəziyyətinin "kritik" olduğunu deyib.
Çattanın dediyinə görə, müstəntiqlər intiharçının və onun yanındakı qadının bədən hissələrini götürüb. Lakin o, partlayıcının intiharçının bədəninə bağlandığı və ya avtomobilin içərisinə yerləşdirildiyinin məlum olmadığını deyib.
Televiziya görüntülərində dağılmış avtomobilin qalıqları nümayiş etdirilib.
"Tehrik-i-Taliban Pakistan" jurnalistlərə göndərdiyi bəyanatda hücumun bir intiharçının işi olduğu deyilib.
Pakistanın baş naziri Şahbaz Şərif zorakılığı qınayıb və polisi "terrorçuları qanları bahasına" dayandırdığına görə tərifləyib.
Birləşmiş Ştatlar tərəfindən qlobal terror qruplaşması kimi tanınan TTP son zamanlar Pakistanda hücumlarını intensivləşdirib və bu il əksəriyyəti təhlükəsizlik qüvvələri olmaqla, yüzlərlə insanı öldürüb.