Accessibility links

Pakistanda iki intiharçı bomba hücumu olub


Pakistanın şimal-qərbində rəsmilər deyib ki, cümə axşamı iki intiharçı bomba hücumu nəticəsində ən azı iki polis zabiti öldürülüb, 10 nəfər yaralanıb.

Hayber-Paxtunxva vilayətinin Hayber şəhərində polis bildirib ki, hücum edən şəxslər rayon polis idarəsinin yerləşdiyi hökumət bunasını hədəf alıblar.

Yüksək vəzifəli polis rəsmisi deyib ki, iki intiharçı bomba hücumçusu təhlükəsizlik qüvvələri əməkdaşları binanın girişində onlara yaxınlaşdığı zaman bədənlərinə bağladıqları partlayıcıları partladıblar. O əlavə edib ki, partlayış binanın qapısı və başqa hissələrini dağıdıb. Rəsmi deyib ki, o, ölənlərin sayının arta biləcəyindən narahatdır.

Qadağan olunan Təhrik-i-Taliban Pakistan (TTP) jurnalistlərə göndərdiyi açıqlamada hücuma görə məsuliyyəti üzərinə götürüb. Bundan bir neçə saat öncə isə avtomatlarla silahlamış militantlar vialyət paytaxtı Pişəvərdə yol kənarındakı polis postuna atəş açaraq ən azı iki təhlükəsizlik işçisini öldürülüb, iki nəfəri yaralayıb.

Həmin hücumun məsuliyyətini də TTP öz üzərinə götürüb.
Çərşənbə axşamı TTP-nin intiharçı bomba hücumu Pişəvərdə təhlükəsizlik qüvvələrini daşıyan yük maşınını hədəf alıb. Nəticədə altı əsgər və iki mülki şəxs yaralanıb.

Militantlar və digər üsyançı qruplar son vaxtlar xüsusilə də Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və cənub-qərbi Bəlucistan vilayətində Pakistanın təhlükəsizlik qüvvələrinə qarşı hücumları artırıb.

Ölkə boyu bu ilin əvvəlindən bəri zorakılıqlar nəticəsində 400-dən çox pakistanlanın, əsasən də təhlükəsizlik qüvvələri əməkdaşlarının öldüyü deyilir. Ölənlər arasında 120-ə yaxın ordu zabiti və əsgər var.

Rəsmi İslamabad iddia edir ki, TTP komandirləri və onların tərəfdaşları terror hücumlarını Əfqanıstandakı sığınacaqlarından təşkil edir. Pakistan liderləri Əfqanıstanın Taliban rəhbərlərinə militantları cilovlamağa çağırıb.

XS
SM
MD
LG