Accessibility links

Pakistan və Əfqanıstan nadir danışıqlar keçirib


Əfqanıstan prezidenti Əşraf Qani
Əfqanıstan prezidenti Əşraf Qani

Pakistanın baş naziri İmran Xan və Əfqanıstan prezident Əşrəf Qani cümə günü hər il Səudiyyə Ərəbistanında keçirilən İslam ölkələri sammiti çərçivəsində danışıqlar keçiriblər.

Belə yüksək səviyyədə nadir ünsiyyət iki qonşu arasında ənənəvi gərgin münasibətlərin yumşalmasına işarəsidir.

Hər iki ölkə digərini bir-birinə qarşı silahlı hücumları dəstəkləməkdə ittiham edir.

Əfqanıstan prezidentinin sözçüsü deyib ki, görüş Məkkə şəhərində, Qaninin İslamabada növbəti aya nəzərdə tutulmuş rəsmi səfəri öncəsi keçirilir. Əfqanıstan lideri daha öncə bir neçə dəfə Pakistanda olsa da, bu səfər Xanın keçən ilin avqust ayında vəzifəsinin icrasına başlamasından sonra ilk dəfə keçirilir.

Pakistanın xarici işlər naziri bəyanatında bildirib ki, Xan və Qani iki ölkə arasında enerji, təhlükəsizlik, ticarət və mədəni əməkdaşlıqlar sahəsində münasibətlərin intensivləşməsi üçün yaxın çalışmalıdırlar.

Bu həftənin əvvəli Əfqanıstanın milli təhlükəsizlik müşaviri Həmadullah Mohib Pakistana səfər edərək, ölkənin hərbi rəhbəri, general Qəmər Cavid Bacva ilə Əfqanıstan sülhü və qarşılıqlı hərbi əməkdaşlığı müzakirə edib.

XS
SM
MD
LG