Accessibility links

Pakistanda bomba partlayışları zamanı 53 adam həlak olub


Pakistanda bomba partlayışları zamanı 53 adam həlak olub
Pakistanda bomba partlayışları zamanı 53 adam həlak olub

Pakistan rəsmilərinin bildirdiyinə görə, intiharçı partlayıcı maddələri şiələrin fələstinlilərlə həmrəylik yürüşü keçirdiyi zaman işə salıb

Pakistan rəsmilərinin bildirdiyinə görə, bu həftə ölkənin azlıqda olan şiə əhalisinə ikinci intiharçı hücumlar nəticəsində 43 adam həlak olub.

Ölkənin cənub-qərbində yerləşən Quetta şəhərində bomba partlayışları zamanı 80-dən çox insan yaralanıb.

İntiharçı partlayıcı maddələri şiələrin fələstinlilərlə həmrəylik yürüşü keçirdiyi zaman işə salıb.

Rəsmilər deyir ki, hücumdan qəzəblənən bəzi şəxslər havaya və yaxınlıqdakı avtomolbillərə atəş açıb.

Pakistan hökuməti insanları dini nümayişlər keçirilməkdən daşındırmağa çalışmış, Quetta polisi isə şiələrin yürüşünün təşkilatçılarına terror hücumunun mümkünlüyü haqda xəbədarlıq etdiyini bildirmişdir.

XS
SM
MD
LG