Accessibility links

Prezident Obama Pakistanda həyata keçirilmiş hücumu qınayıb


Prezident Obama Pakistanda həyata keçirilmiş hücumu qınayıb
Prezident Obama Pakistanda həyata keçirilmiş hücumu qınayıb

ABŞ prezidenti Barak Obama Pakistanın şimal-qərbində Taliban əleyhdarı qəbilənin üzvlərinə qarşı intiharçı hücumunu pisləyib. Pakistanın Bacur rayonunda baş vermiş hücum zamanı 45 adam həlak olmuş, 100-dən çox adam yaralanmışdır.Ölənlər arasında uşaqlar da var. Hücum burqa geymiş qadın tərəfindən həyata keçirilib. Dünya Ərzaq Proqramının ofisinə daxil olan intiharçı qadın daşıdığı qumbaranı orada partlatmışdır. Pakistanın Baş naziri Yusuf Raza Gilani, Əfqanıstan prezidenti Həmid Karzai, habelə BMT-nin Baş katibi Ban Ki Mun də hücumu pisləyiblər.

XS
SM
MD
LG