Accessibility links

Pakistanda ABŞ-ın pilotsuz təyyarə hücumu nəticəsində 6 yaraqlı öldürülüb


Pakistanda ABŞ-ın pilotsuz təyyarə hücumu nəticəsində 6 yaraqlı öldürülüb
Pakistanda ABŞ-ın pilotsuz təyyarə hücumu nəticəsində 6 yaraqlı öldürülüb

Pakistan rəsmiləri deyir ki, ölkənin şimal-qərbində ABŞ-ın pilotsuz təyyarə hücumu nəticəsində 6 yaraqlı öldürülüb. 4 raket hücumu Şimali Vəziristan regionunda yaraqlıların maşınını hədəf alıb. Digər bir xəbərdə isə deyilir ki, Dünya Ərzaq Proqramı qəbilələrin yaşadığı regionda ərzaq ərzaq yardımını təxirə salıb. Yardım əsasən proqramın mərkəzi yaxınlığında uşaqlar da daxil olmaqla, 45 nəfərin həlak olduğu intiharçı hücumunun həyata keçirildiyi regionda ləğv olunub. BMT agentliyinin qlobal mətbuat məsələləri üzrə əlaqələndiricisi Amerikanın səsinə bildirib ki, təhlükəsizlik məsələləri səbəbilə agentlik müvəqqəti olaraq Bacaur rayonunda bütün fəaliyyətlərini dayandırıb.

XS
SM
MD
LG