Accessibility links

Pakistanda avtobus yaxınlığında partlayış baş verib


Pakistanda avtobus yaxınlığında partlayış baş verib
Pakistanda avtobus yaxınlığında partlayış baş verib

Taliban hadisəyə məsuliyyəti öz üzərinə götürüb və gələcəkdə təhlükəsizlik qüvvələrinə qarşı yeni hücumlar həyata keçirəcəyinə söz verib

Pakistan rəsmiləri bildiriblər ki, hərbi dəniz donanmasının əskərlərini Karaçiyə daşıyan iki avtobus yaxınlığında bomba partlayışı nəticəsində dörd nəfər həlak olmuş və 50 nəfər yaralanmışdır.

Rəsmilər bu gün uzaqdan idarə edilən partlayışların biri-birindən bir neçə dəqiqə fərqli vaxtlarda cənubda liman şəhərinin ətrafında baş verdiyini bildiriblər.

Taliban hadisəyə məsuliyyəti öz üzərinə götürüb və gələcəkdə təhlükəsizlik qüvvələrinə qarşı yeni hücumlar həyata keçirəcəyinə söz verib.

XS
SM
MD
LG