Accessibility links

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Pakistana gedib


ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bazar günü Pakistana getməklə 16 günlük səfərinə start verib. O, daha sonra Qətərdə Talibanla sülh müzakirələrinə qatılmalıdır.

Rəsmilərin bildirdiyinə görə, Xəlilzad Pakistanın Xarici İşlər Nazirliyində hərbi və mülki liderlərlə müzakirələr keçirib.

Pakistan ABŞ və Taliban arasında Əfqanıstanın yaraqlı qrupu ilə təmaslarından istifadə edərək sülh dialoqu yaradır.

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Feyzal deyib ki, Xəlilzadın komandası ilə müzakirələr zamanı Pakistan Əfqanıstanda sülhün bərqərarı vədlərinə sadiq qaldığını bildirib.

“Pakistan tərəfləri bu imkandan istifadə edərək, uzunmüddətli münaiqşəni siyasi yolla həll etməyə çağırır” - deyə, Feyzal əlavə edib.

Əfqanıstanda doğulan amerikalı Xəlilzad Talibanla artıq 6 birbaşa müzakirələr keçirib. Doha müzakirələrində ABŞ-ın ən uzunmüddətli hərbi müdaxiləsinə son qoyulması qarşıya məqsəd qoyulub.

Bu yaxınlarda Taliban və Rusiya birgə bəyanatla çıxış edərək, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasına çağırıb.

Talibanın lideri xaricilərin hərbi mövcudluğunu pisləyərək, bunu ölkədə sülhün bərqərar edilməsinə ən böyük maneə adlandırıb.

Vaşinqton hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasını Taliban tərəfindən əks-terror əməliyyatlarının dayandırılması, hərtərəfli atəşkəs və üsyançı qrupun düşmənçiliyə son qoyulması üçün Əfqanıstan hökuməti və digər qruplarla sülh dialoqunda iştirakına dair qarantiyalarla əlaqələndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG