Accessibility links

Pakistanda baş verən zəlzələ azı 20 nəfərin ölümünə səbəb olub


Cümə axşamı səhər tezdən Pakistanın cənub-qərbində baş verən 5,7 bal gücündəki zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin episentrinin Əfqanıstan sərhədi yaxınlığındakı Kvetta şəhərindən təxminən 100 kilometr şərqdə, yerin təxminən 20 kilometr dərinliyində olduğunu bildirib.

Bəlucistan vilayətinin daş kömür mədəni olan Harnay şəhəri də zəlzələnin təsirinə məruz qalıb. Zəlzələ palçıqdan olan 100-ə yaxın evin çökməsinə səbəb olub və yatan sakinlər evlərdə ilişib qalıb.

Televiziyada yayımlanan görüntülərdə insanların titrəyən binalardan çaxnaşma içərisində qaçdığını görmək olub. Qurbanların arasında qadın və uşaqların da olduğu bildirilib.

Rəsmilər zəlzələnin ən çox zərər verdiyi daş kömür mədəninin olduğu bölgəyə çatmaq üçün bir neçə saat tələb olduğunu bildirib. Xilasetmə işlərinə Pakistan ordusu və vertolyotlar da yardım edir.

Elektrik enerjisinin kəsilməsi xilasetmə işçilərini xəstəxanalarda yaralıları fənərlərdən istifadə edərək müalicə etməyə məcbur edib.

Milli Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin bildirdiyinə görə, güclü təkanlar Kvetta ilə Harnayı birləşdirən əsas magistral yolun iki yerində sürüşməyə səbəb olub.

XS
SM
MD
LG