Accessibility links

Pakistanda zəlzələ səbəbi ilə ölənlərin sayı 37-yə çatıb


Rəsmilərin bildirdiyinə görə, çərşənbə axşamı Pakistanın şimal-şərqində baş verən 5.8 bal gücündəki zəlzələ 37 nəfərin ölümünə, 300-dən çoxunun yaralanmasına səbəb olub.

Episentri Pakistanın nəzarətindəki Kəşmir bölgəsində olan zəlzələnin yaxınlıqdakı Mirpur bölgəsində yol və binalara böyük ziyan vurduğu bildirilib.

"Dağılmış yollar və elektrikin kəsilməsi xilasetmə işlərinə mane olur və ölnlərin sayı daha çox olacaq” - deyə, Mirpur polis idarəsinin baş rəisi Raja İrfan yerli televiziya kanalına verdiyi şərhində bildirib.

Pakistan ordusunun bildirdiyinə görə, vertolyotlar ən çox zərər görmüş bölgələrdə araşdırmaları başa çatdırıb və hərbi dəstələr yerli rəsmilərə yardım etməyə başlayıb.

Zəlzələ episentrindən təxminən 150 kilometrlik məsafədə yerləşən İslamabadda və Pakistanın digər şəhərlərində, eləcə də Hindistanın nəzarətindəki mübahisəli Kəşmir bölgəsində də hiss olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG