Accessibility links

Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 348 nəfərə çatıb


Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 348 nəfərə çatıb. Minlərlə palçıq evin uçması ilə ölənlərin sayının artacağı təxmin edilir.

Yerli rəsmilər 500 nəfərin xəsarət aldığını bildirir.

Pakistan ordusu xilasetmə əməliyytlarına cəlb edilib. Hazırda hökumət bir neçə şəhərdə düşərgələr salaraq, 7.7 bal gücündə zəlzələdən ziyan çəkənlərə yardım göstərir.

İnsanların çadır, dərman və ərzağa böyük ehtiyacı var.

Pakistanda son dəfə güclü zəlzələ 2005-ci ildə baş vermişdi. O vaxt təbii fəlakət 73 min insanın həyatına son qoymuşdu.
XS
SM
MD
LG