Accessibility links

Pakistanda ABŞ-ın məsafədən idarə olunan təyyarəsinin raket hücumu zamanı 9 nəfər həlak olub


Pakistanın təhlükəsizlik orqanlarının rəsmiləri ölkənin şimal-qərb bölgəsində ABŞ-ın məsafədən idarə edilən uçan qurğusunun raket hücumu nəticəsində yaraqlı olduğundan şübhələnilən 9 nəfərin qətlə yetirildiyini bldirir.

Raketlərin Əfqanıstanla sərhəddə qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsində hərbi istinadgaha dəydiyi deyilir. Ərazi Taliban və Əl-Qaidə döyüşçülərinin məskunlaşdığı yer kimi tanınır. Rəsmilərin bildirdiyinə görə, istinadgah hərbi komandir Hafiz Gül Bahadura aiddir.

Pakistan ABŞ-ın məsafədən idarə olunan uçuş aparatlarının hücumlarını dəfələrlə qınayaraq, bunun ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.

Keçən ay ABŞ-ın Müdafiə naziri Leon Panetta Birləşmiş Ştatların Pakistan torpağında hücumları dayandırmayacağını deyərək, Vaşinqtonun özünü müdafiə edəcəyini açıq bəyan etdiyini demişdi.

Panetta bu açıqlamanı Ağ Evin Əl-Qaidə komandiri Əbu Yəhya Əl-Libinin Şimali Vəziristanda raket hücumu zamanı qətlə yetirildiyini təsdiq etdikdən sonra vermişdi.
XS
SM
MD
LG