Accessibility links

Pakistanın ədliyyə naziri istefa verib


Pakistanın federal ədliyyə naziri İslamçı qrupların üç həftədir davam edən etirazlarından sonra istefa verib.

Etirazlar səbəbilə paytaxt İslamabad və digər yerlərə aparan yollar bağlanıb. Vəziyyət şənbə günü daha da şiddətlənib. Belə ki, polis oturaq etiraz aksiyası keçirənləri dağıtmağa çalışıb. Nəticədə 100-dən çox təhlükəsizlik işçisi və onlarla etirazçı xəsarət alıb.

Müxtəlif dini partiyaları təmsil edən nümayişçilər ədliyyə naziri Zahid Həmidin seçki andına kiçik düzəliş edəndən sonra onun istefasına çağırıb, çünki onlar bu düzəlişin onların dini inanclarına hədə olduğunu bildirir. Hökümət isə düzəlişin səhv olduğunu və artıq düzəldildiyini bildirib.

Etirazlara görə paytaxtda həyat iflic olub. Təcili yardım maşınları isə nümayişlər səbəbilə xəstəxanalara vaxtında çata bilmədiyi üçün bir uşaq daxil olmaqla azı iki nəfər ölüb.

Oturaq aksiyaları dağıtmaq əməliyyatları başlayanda etirazlar digər şəhərlərə yayılıb və şənbə səhər Pakistanın ən böyük şəhərləri olan Lagor və Kəraçidə də polis ilə islamçı partiyalarının tərəfdarları arasında qarşıdurmalar yaşanıb.

XS
SM
MD
LG