Accessibility links

Pakistan Həzaraları etiraz edir [Video]


Pakistan Həzaraları etiraz edir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Pakistandsa azlıq təşkil edən Həzara şiə icmasının nümayəndələri onlara qarşı uzun illərdir törədilən zorakılıqlara və qətllərə qarşı aclıq aksiyası keçirir.

Pakistan Həzaraları 20 ilə yaxındır onlara qarşı qətllərin qurbanı olur.

Təkcə aprel ayında ayrı-ayrılıqda ölümlə nəticələnən dörd hücum törədilib. Bu problemə diqqət çəkmək məqsədilə icma üzvləri aclıq aksiyasına başlayıb. Haszara şiəsi Cəlilə Heydər: “Mən ordu rəhbəri Qəmər Cavid Bajvanın buraya adi bir insan, bir ata, bir həyat yoldaşı kimi gəlməsini və bizim ağrılarımızı hiss etməsini istəyirəm. Bizim 3 min dul qadınımız, 10 min yetim uşağımız var. Onlara baxın. Onlara doğmalarının nə üşün öldürüldüyünü deyin.”

Keçən istirahət günləri vilayətin daxili işlər naziri Mir Sərfaraz Buqti aclıq aksiyası keçirənlərə baş çəkib və onlara cinayətkarların həbs ediləcəyinə söz verib. Lakin etirazçılar onun aclığa son qoymaları tələbini rədd edərək, hökumətdən narazılıqlarını bildirib. “Yoxlanış məntəqələrinin olmasına baxmayaraq, bizim gəncləri gəlib burada qətlə yetirənlər kimdir? Biz onların kimlər olduğunu bilmək istəyirik.” deyə, Rəhilə Heydər bildirir.

Son 20 ildə bomba hücumlarında və silahlı hücumlarda minlərlə Həzara öldürülüb. Hücumların çoxunun məsuliyyətini sünni militant qruplar öz üzərinə götürüb. Çox hallarda cinayətkarlar qaçmağa nail olub.

Pakistandakı şiələr müntəzəm olaraq sünni militant qrupların hədəfinə çevrilir. Həzaraların hədəf alınmasının bir səbəbi də onların üz cizgilərinin monqol və Mərkəzi Asiya xalqlarına aid olması və beləliklə də asanlıqla ayrıldıqları ilə izah edilir.

Bundan əlavə, onlar Kvetta şəhərində çıxış yollarının məhdud olduğu iki böyük icmada yaşayır, bu isə hücumların planlaşdırılmasını asanlaşdırır.

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası bu yaxınlarda açıqladığı hesabatda son 5 ildə Kvettada müxtəlif terror hadisələri nəticəsində 700-dən çox Həzaranın öldürüldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG