Accessibility links

Pakistanda ABŞ pilotsuz təyyarəsinin hücumu olub


ABŞ pilotsuz təyyarəsinin hücumu nəticəsində Pakistanın şimalqərb regionunda yaraqlılıqda şübhəli bilinən azı səkkiz nəfər həlak olub.

Pakistan rəsmilərinin sözlərinə görə bu gün raket hücumları şimali Vəziristanda Taliban və Əl-Qaidə yaraqlılarının sığınacağı hesab edilən regionda yaraqlıların qərərgahını dağıdıb. Pakistanın Xarici İşlər nazirliyinin rəsmiləri hücumları pisləyərək ABŞ pilotsuz təyyarə hücumlarının ölkənin suverenliyini və ərazi bütövlüyünü pozduğunu təkrarlayıb. Pakistan rəsmiləri deyib ki, pilotsuz təyyarə hücumları mülkü vətəndaşların itkisinə səbəb olur.

XS
SM
MD
LG