Accessibility links

Pakistanda ABŞ-ın pilotsuz təyyarələrinin yaraqlılara qarşı hücumları davam edir


Pakistan rəsmiləri pilotsuz təyyarə hücumlarını tənqid edərək, bunun ölkənin suverenliyinin pozulması olduğunu bildiriblər

Pakistan təhlükəsizlik rəsmiləri ABŞ raket hücumlarının yaraqlı olduğundan şübhəli bilinən dörd nəfəri ölkənin şimal-qərb regionunda qətlə yetirdiyini bildirib. Rəsmilər Datta Kel kəndində üç raketin yaraqlıları daşıyan avtomobilə dəydiyini bildirib. ABŞ bu ay Pakistanın şimal-qərbində Taliban və əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların istehkamlarına 20-ə yaxın raket hücumu keçirib. Pakistan rəsmiləri pilotsuz təyyarə hücumlarını tənqid edərək, bunun ölkənin suverenliyinin pozulması olduğunu bildiriblər. ABŞ rəsmiləri hücumlar barədə ictimaiyyətə açıqlamalar vermir, lakin Pakistan bu hücumların pilotsuz təyyarələr vasitəsilə həyata keçirildiyini bildirir.

XS
SM
MD
LG