Accessibility links

Əfqanıstanla sərhəd yaxınlığında qarşıdurmada Pakistanın bir əsgəri və beş militant ölüb


Vəziristan bölgəsi
Vəziristan bölgəsi

Pakistan rəsmiləri bazar ertəsi Əfqanıstanla həmsərhəd bölgədə baş verən qarşıdurmalar zamanı ən azı bir əsgərin və beş "terrorçunun" öldüyünü bildirib.

Şimali Vəziristanda səhər erkən saatlarında baş verən zorakılıq bir qrup silahlı militantın terrorçuların keçmiş istinadgahına hücumundan sonra başlayıb.

Hərbi qüvvələrin açıqlamasında bildirilir ki, Pakistan "qoşunları terrorçularla effektiv şəkildə mübarizə aparıb" və hücumdan sonra əyalət mərkəzi olan Miranşahın təxminən 10 kilometr qərbindəki ərazidə hücumçuların axtarışı əməliyyatı keçirilib.

Dağlıq ərazidə yerləşən Vəziristan bölgəsi illərlə həm Pakistan, həm də Əfqanıstana hücumlar hazırlamaqda günahlandırılan yerli və transmilli terrorçu qruplar üçün sığınacaq rolunu oynayıb.

Pakistan hərbi rəsmiləri qeyd edib ki, son altı ildə silahlı qüvvələrin quruda və hava hücumları nəticəsində bölgənin çox hissəsi terrorçulardan təmizlənib. Hazırda orada yenidənqurma işləri aparılır.

Şimali Vəziristanda isə, bu ay zorakılıqların artması azı beş Pakistan əsgəri və təxminən iyirmidən çox militantın ölümülə nəticələnib.

Hərbi əməliyyatların yenidən başlaması Pakistan hərbi qüvvələrinin ölkədə koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təcrid tədbirlərini həyata keçirmək və yardım əməliyyatlarına kömək etmək üçün mülki hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etdiyi vaxta təsadüf edir.

COVID-19 virusu fevral ayının sonlarından bəri təxminən 8500 insanda aşkarlanıb və 176 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG