Accessibility links

Pakistanda avtobus qəzası nəticəsində 23 nəfər ölüb


Pakistan rəsmiləri ölkənin cənub-qərbində bir avtobusun aşması və dərəyə düşməsi nəticəsində azı 23 nəfərin öldüyünü və 40-dan çox insanın yaralandığını xəbər verir.

Qəza cümə günü Bəlucistan vilayətinin Xuzdar bölgəsində baş verib.

Associated Press xəbər agentliyi bildirir ki, sərnişinlərdən biri sürücüyə dəfələrlə avtobusu daha diqqətli idarə etməsi barədə xəbərdarlıq edib.

Avtobusun sərnişinləri müqəddəs bir sufi ziyarətgahından Sind vilayətinə qayıdan zəvvarlar imiş.

Xuzdar bölgəsinin komissar müavini Bəşir Əhmədin bildirdiyinə görə, avtobusda sıxılq olduğu üçün sərnişinlərin bir çoxu tavanda oturubmuş.

Bəşir Əhməd Associated Press-ə bildirib ki, "Qəza nəticəsində bir dənə belə olsun sərnişin yoxdur ki, yaralanmasın".

Şərhlərə bax

XS
SM
MD
LG